Naxçıvan şəhərində 13 minə yaxın sığorta müqaviləsi bağlanıb

390

Naxçıvan şəhər İcra Hakimiyyətində sığorta işinin təşkili və qarşıda duran vəzifələr müzakirə olunub. Tədbirdə  Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov son dövrlərdə şəhərdə sığorta sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov bildirib ki, cari ilin 8 ayında Naxçıvan şəhəri üzrə 12 min 680 sığorta müqaviləsi bağlanılıb. Onlardan da 2485-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 4411-i daşınmaz əmlakın icbari sığortasıdır.

Bildirilib ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitələrinin mülki məsuliyyəti icbari qaydada sığortalanmalıdır.

Tədbirdə Naxçıvan şəhərində sığorta sahəsində görülən  işlərlə bərabər, icbari qaydada sığorta olunmalı olan daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslərin mövcud olduğu bildirilib.    

      Tədbirdə, Naxçıvan şəhər Polis İdarəsinin Dövlət Yol Polis bölməsinin rəisi Rəşadət Əliyev, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Naxçıvan Şəhər Şöbəsinin rəis müavini Nəsimi Hüseynov Naxçıvan şəhərində icbari sığortaların vəziyyəti barədə məlumat veriblər.

                                                                                        Novruz Məmməov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: