Qadın hərbi qulluqçuların növbəti hazırlıq kursuna yekun vurulub
NUHÇIXAN-ın verdiyi xəbərə görə Əlahiddə Ümumqoşun Orduda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edən zabit, məzun və valideynlər gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə xidmətlərində uğurlar arzulayıblar. Mərasimdə Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Təbrik oxunduqdan sonra məzunlara sertifikatlar təqdim edilib.
Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurublar. Məzunların tribuna önündən təntənəli keçidi olub.