Morfindən güclü təsir edən ağrıkəsici hazırlanıb

174

ABŞ-dan bir qrup tədqiqatçı anesteziyada inqilab hesab edilən dərman preparatı hazırlayıb. NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, yeni ağrıkəsici morfindən daha təsirlidir və orqanizmdə asılılıq yaratmır.

Tərkibində “AT-121” adlı maddənin olduğu bu preparat heyvanlar üzərində sınaqdan keçirilib və yaxşı nəticələr göstərib. Ueyk-Forest Universitetinin farmakologiya professoru Mey Çuan Ko bildirib ki, yeni dərman preparatı opioid adlanan narkotik maddədən asılılıq yaradan səbəblərin aradan qaldırılmasında da istifadə oluna bilər. Onun sözlərinə görə, hazırda opioid qrupuna aid dərman preparatları cərrahi əməliyyatlardan əvvəl anesteziyada və müxtəlif mənşəli xroniki xəstəliklərin müalicəsində geniş istifadə olunur. Lakin beyin reseptorlarına mənfi təsir edən bu maddə ağrıları kəsməklə yanaşı, “zövq mərkəzi” adlanan hissəni də stimulyasiya edir. Onların mütəmadi qəbul edilməsi isə xəstələrdə zövq hissi və dərmandan asılılıq yaradır. Təkcə ABŞ-da belə xəstələrin sayı 2 milyon nəfərdən çoxdur.

Alimlər bu dərman preparatının insanlarda eyni effekti verəcəyinə tam təminat verməsələr də, davam edən kinik təcrübələrin nəticələri ilə bağlı nikbindirlər. Meymunlar üzərində aparılan eksperiment zamanı əldə olunan müsbət nəticələr də bunun üçün əsas verir. Professor Mey Çuan Konun sözlərinə görə, yeni dərman preparatı əczaxanalarda 3-4 ildən sonra satışa çıxarıla bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: