Naxçıvanda hazırlanan təbii dərman bitkilərinə tələbat artıb

219

NUHÇIXAN xəbər verir ki, Şahbuz şəhərində fəaliyyət göstərən “Farmaşah” Məhdud Məsuliyyətli Cəmiyyətin də muxtar respublikanın təbiətinə aid 54 adda 68 çeşiddə dərman bitkiləri istehsal olunur.  2010-cu ildə yaradılan müəssisə ilk vaxtlar 4 növdə dərman bitkisi istehsalı ilə məşğul olurdusa, indi artıq  burada 54 adda 68 çeşiddə dərman otları, müalicəvi bitki və yığıntıları emal edilərək paketlənir. Ötən ildən başlayaraq isə müəssisədə tut doşabı və keçibuynuzu bəhməzinin istehsalı həyata keçirilir.

Yaxın günlərdə müəsisədə səs telləri və yuxarı tənəffüs yollarının  iltihabı və qurdəlehinə kapsullar istehsal olunacaq.  Bu kapsulların hazırlanmasında istifadə olunan xammal da Şahbuz təbiətinə aid dərman bitkiləridir.

Bu dərmanlar ölkənin hər yerinə, o cümlədən Bakı şəhərinə də göndərilir.

  Qeyd edək ki, Naxçıvanda təbabətdə istifadə edilən 200 növə yaxın dərman bitkisi var.

Novruz Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: