Kompüter monitoru görmə itiliyinin itirilməsinə səbəb olur

134

Kompüter monitoru arxasında saatlarla oturmaq müəyyən fəsadlara səbəb olur.

NUHÇIXAN xəbər verir ki, oftalmoloqlar quru göz sindromu, qıcıqlanma hissi, eləcə də bir sıra digər göz xəstəliklərinin yaranmasını bununla əlaqələndirirlər.

Alimlər müəyyən ediblər ki, göz üçün ekran şriftinin ən optimal ölçüsü 10-12 olmalıdır. İnsan gözü daha çox uzağa baxmağa, əşyaları işığın əks olunması şəraitində görməyə uyğunlaşıb. Kompüter monitoru işığı əks etdirmədiyindən zamanla gözün görmə itiliyinin itirilməsinə səbəb olur.

Kompüter monitorlarının bütün növləri, hətta maye kristallı olanlar da gözlər üçün çox zərərlidir. Bu, əslində istifadəçinin kompüter monitoru arxasında gözlərin daha az qırpılmasından qaynaqlanır. Görüntülərin detallarını yaxşı görmək üçün gözləri qırpmaq vacibdir. Lakin gözlər nə qədər çox qıyılırsa, bir o qədər az qırpılır. Göz maksimal gərginliyə çatdıqda isə qırpma tezliyi dörd dəfə azalır. Qırpma nəticəsində gözlər kifayət qədər nəmlənmir, nəticədə diskomfort, quruluq və qıcıqlanma hiss olunur. Ona görə də həkimlər kompüter arxasında işləyənlərə gözlərini tez-tez qırpmağı və süni göz damcıları preparatlarından istifadə etməyi məsləhət görürlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: