Şərurda soyuducu anbarlara min tondan artıq məhsul yığılıb

200

NUHÇIXAN-ın məlumatına görə uzunmüddətli və güzəştli şərtlərlə verilən kreditlər, həm də sahibkarın şəxsi vəsaiti hesabına Şərur rayonunda ümumi tutumu 3 min tondan artıq olan 11 müasir tipli soyuducu anbar tikilib. Artıq bu anbarlar mövsümün meyvə və tərəvəz məhsullarını qəbul edir.

Tələbatdan artıq istehsal olunan kənd təsərrüfatı məhsullarını qəbul etmək və saxlamaq üçün anbarlarda geniş imkan və şərait vardır. Soyuducu anbar sahibləri tədarükdən əvvəl meyvə-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan fermerlərlə və fərdi təsərrüfat sahibləri ilə əlaqə saxlayıb onların sifarişlərini qeyd edir və  bu sifarişlər əsasında yerlər müəyyənləşdirirlər.

Məhsul sahibkarlardan dəyəri yerində ödənilməklə, yaxud saxlama barədə müqavilə bağlanaraq anbarlara yığılır. Soyuducu anbarların işə salınması yerli meyvə və tərəvəzlərin ilboyu bazara çıxarılmasına imkan verir. Anbarlarda müsbət temperaturda keyfiyyətini itirməyə meyilli olan qidaların aşağı temperaturda mühafizə edilməsinə imkan verən infrastruktur yaradılıb. Havanın temperaturuna gündəlik nəzarət olunur, xarab olan meyvə-tərəvəz digərlərini də yoluxdurmasın deyə seçilib anbardan kənarlaşdırılır.

Şərur rayonundakı soyuducu anbarlara hələlik  min tonadək məhsul tədarük olunub. Bunun da çoxu kartofdur. Anbarlara həm də soğan, kələm və sair meyvə-tərəvəzlər tədarük edilir.

“Sərurun səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: