Birləşmiş Ərəb Əmirlikləri ilk kosmik peykini orbitə göndərməyə hazırlaşır

173

Oktyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hazırlanmış və yığılmış ilk kosmik peyk – “KhalifaSat” Yerin orbitinə göndəriləcək.

NUHÇIXAN yerli KİV-lərə istinadla xəbər verir ki, Dubaydakı Məhəmməd ben Rəşid adına Kosmik Mərkəzin mütəxəssisləri tərəfindən hazırlanan peyk ətraf mühitin monitorinqi və qiymətləndirilməsi, qəzaya uğrayan gəmilərin dəqiq yerinin aşkarlanması, həmçinin şəhərsalma, kartoqrafiya və topoqrafiya sahələrində istifadə olunacaq.

BƏƏ Kosmik Agentliyinin baş direktoru Məhəmməd Əl-Əhbabi bildirib ki, bu, ölkənin kosmos sənayesi sahəsində böyük imkanlarını nümayiş etdirir və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının elmi-texniki bacarıqlarının göstəricisidir. Onun sözlərinə görə, layihələndirmə və istehsalın bütün mərhələlərində “KhalifaSat” layihəsi peyk istehsalı sahəsində milli imkanların genişləndirilməsinə təkan verib ki, bu da ölkədə kosmik sektorun inkişafında mühüm amil olacaq. Baş direktor əlavə edib ki, layihə üzərində işləyən bütün mühəndislər öz nailiyyətləri ilə fəxr edə bilərlər.

Bildirilir ki, 1,5 min kilometr ərazinin fotoşəkilini çəkmək imkanına malik güclü kamera ilə təchiz edilən peyk Yaponiyanın Taneqasima kosmodromundan fəzaya buraxılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: