Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli 2020-ci il martın 11-də alovlandırılacaq

160

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli 2020-ci il martın 11-də alovlandırılacaq.

NUHÇIXAN xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib.

Mərasim Yaponiyanın şimal-şərqində baş verən zəlzələ və sunaminin 9-cu ildönümünə həsr olunacaq. 2011-ci il martın 11-də baş verən təbii fəlakət nəticəsində 19 minə yaxın insan həyatını itirib.

Yunanıstanda alovlandırılacaq məşəl sonra Yaponiyaya aparılacaq və burada 2011-ci il faciəsindən ən çox zərər çəkən Fukuşima, İvate və Miyaqi prefekturalarında nümayiş olunacaq. Olimpiya məşəli estafetinin Yaponiyaya mərhələsi Fukuşimada başlayacaq və alov bütün ölkə üzrə 121 gün ərzində səyahət edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: