Duzdağ Fizioterapiya Mərkəzinə 4 min nəfər müraciət edib

175

NUHÇIXAN xəbər verir ki, Duzdağ Fizioterapiya Mərkəzinə müalicə və istirahət üçün üz tutanların sayı artıb. Bu il bura 4 min nəfər   müraciət edib. Mərkəz yuxarı tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərin sağlamlığına qovuşmasında mühüm rol oynayır. Əvvəllər mərkəzə insanlar yalnız müalicə məqsədilə gəlirdilərsə, son  vaxtlarda bura  istirahət üçün üz tutanların da sayı az deyil. Bunu nəzərə aldıqda il ərzində ümumilikdə 35-40 min qonaq mərkəzi ziyarət edir.  Yay günlərində mərkəzə müalicə məqsədilə  müraciət edənlərin sayı daha çox  artır. Fizioterpeya  mərkəzində 600-dən artıq pasient müalicə alır.   

Mərkəzdə müalicə üçün müraciət edənlərə hər cür şərait yaradılıb. Burada 220 çarpayılıq   kişi, qadın və uşaqlar üçün palatalar fəaliyyət göstərir. Həmçinin mərkəzdə yerli və əcnəbi turistlərin rahatlığı üçün istirahət güşələri də yaradılıb. Mərkəz iki növbəli sistemlə fəaliyyət göstərir. Gündüz saat 13-00-dan  18-00-a kimi, 2 və 11 yaş arası uşaqlar, axşam 19-00-dan səhər saat 08-00-a kimi isə 11 yaşdan yuxarı olan pasientlər burada müalicə alırlar.   

Yeri gəlmişkən qeyd edək ki, Duzdağ Fizioterapiya Mərkəzinə üz tutanlar yaxınlıqdakı eyni adlı otelin xidmətlərindən də yararlana  bilərlər. 

                                                                                                       Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: