Ordubadda əhaliyə yüksək xidmət göstərilir

287

Ordubad Rayon Statistika İdarəsindən NUHÇIXAN-a verilən məlumata görə  rayonda 2018-ci ilin yanvar-iyul aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 34 milyon 373 min 700 manat həcmində investisiya yönəldilib. Bunun da 33 milyon 56 min 200 manatı və ya 96,2 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. 

2018-ci ilin yanvar-iyul aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 835 min 800 ton yük, 5 milyon 44 min 700 nəfər sərnişin daşınıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,5 faiz, sərnişin daşınması 2 faiz artıb.

Rayonda informasiya və rabitə xidmətlərində də artım müşahidə olunub. Ötən dövr ərzində informasiya və rabitə xidmətlərinin  həcmi 2 milyon 591 min 300 manat olub. Bu da ötən  ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: