Vinçenso Montella “Sevilya” klubunun baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb

73

İspaniyanın “Sevilya” klubunun italyan baş məşqçisi Vinçenso Montella vəzifəsindən kənarlaşdırılıb.

NUHÇIXAN xəbər verir ki, komandanın rəsmi saytında yerləşdirilən məlumata görə, Montella baş məşqçi təyin edildikdən dörd ay sonra vəzifədən azad edilib.

“Sevilya” italiyalı mütəxəssisin rəhbərliyi ilə son qələbəsini martın 13-də qazanıb. O vaxtdan bəri keçirilən 9 oyunda qələbəyə həsrət qalan İspaniya komandası bu görüşlərin 5-də meydançanı məğlubiyyətlə tərk edib. Ötən şənbə günü sevilyalılar İspaniya kubokunun finalında “Barselona”ya uduzublar.

Mövsümün sonunadək komandaya Xoakin Kaparros rəhbərlik edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: