Bu gün UEFA Avropa Liqasının pley-off çərçivəsində “Qarabağ” Bakıda Moldovanın “Şerif” klubunu qəbul edib.
NUHÇIXAN-ın məlumatına görə, ilk görüşdə minimal hesabla məğlub olan Ağdam təmsilçisi oyuna çox fəal başlayıb. Artıq 9-cu dəqiqədə Maksim Medvedevin zərbəsi dəqiq olub. “Qarabağ”ın təhlükəli hücumlarının məntiqi nəticəsi kimi 41-ci dəqiqədə fərq artıb: Donald Gerye baş zərbəsi ilə moldovalıları məyus edib – 2:0. İlk hissə bu hesabla başa çatıb.
Oyunun 55-ci dəqiqəsində F.Ozobiç fərqlənib – 3:0.
Oyun 3:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin püşkü avqustun 31-də atılacaq.
Xatırladaq ki, ötən mövsüm isə “Qarabağ” Azərbaycan futbolu tarixində ilkə imza ataraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Bundan əvvəl isə ardıcıl 3 dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.