UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb

245

Avqustun 30-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb.

NUHÇIXAN xəbər verir ki, Monakoda keçirilən püşkatma mərasimində Avropanın ən güclü 32 komandası hər birində dörd komanda olan səkkiz qrupa bölünüb.

Püşkatmanın nəticələri aşağıdakı kimi olub:

“A” qrupu: “Atletiko Madrid” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Monako” (Fransa), “Brügge” (Belçika).

“B” qrupu: “Barselona”(İspaniya), “Tottenhem” (İngiltərə), PSV (Hollandiya), “İnter” (İtaliya).

“C” qrupu: PSJ (Fransa), “Napoli” (İtaliya), “Liverpul” (İngiltərə), “Çrvena Zvezda” (Serbiya).

“D” qrupu: “Lokomotiv” (Rusiya), “Portu” (Portuqaliya), “Şalke” (Almaniya), “Qalatasaray” (Türkiyə).

“E” qrupu: “Bavariya” (Almaniya), “Benfika” (Portuqaliya), “Ayaks” (Hollandiya), AEK (Yunanıstan).

“F” qrupu: “Mançester Siti” (İngiltərə), “Şaxtyor” (Donetsk, Ukrayna), “Olimpik Lion” (Fransa), “Hoffenhaym” (Almaniya).

“G” qrupu: “Real Madrid” (İspaniya), “Roma” (İtaliya), MOİK (Rusiya), “Viktoriya Plzen” (Çexiya).

“H” qrupu: “Yuventus” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Valensiya” (İspaniya), “Yanq Boyz” (İsveçrə).

Püşkatma mərasimindən əvvəl 2017-2018-ci il mövsümünün ən yaxşı oyunçularının adları məlum olub. Belə ki, qapıçılardan Keylor Navas, müdafiəçilərdən Serxio Ramos, yarımmüdafiəçilərdən Luka Modriç (hər üçü “Real Madrid”), hüçümculardan isə Kriştiano Ronaldo (“Real Madrid”-“Yuventus”) ən yaxşı nominasiyasında qalib olublar.

Qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinin ilk oyunlarına sentyabrın 18-19-da start veriləcək.

Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması “Atletiko Madrid” klubunun arenası olan “Metropolitano” stadionunda oynanılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: