NUHÇIXAN xəbər verir ki, Naxçıvan Universitetində 2018-2019-cu illərin payız qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar yığıncaq keçirilib.
Universitetin rektoru, professor İsmayıl Əliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilən tapşırıqların vaxtında və yüksək keyfiyyətlə icrasına xüsusi diqqət yetirilir. Bu məqsədlə universitet şəhərciyində su, qaz, işıq sistemi yoxlanılıb, lazımi tədbirlər görülüb.
Qeyd edilib ki, istilik və elektrik sistemlərinin, su borularının sazlığı tam təmin olunub.