Həkimlər Akademik Zərifə xanım Əliyevanın 95 illiyini qeyd ediblər

61

Aprelin 28-də Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq  alim Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə bağlı tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Akademik Zərifə xanım Əliyevanın foyedəki büstü önünə gül qoyub, görkəmli alimin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxıblar.

Sonra tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Ukrayna Respublikasının İrpen şəhərində fəaliyyət göstərən akademik Zərifə Əliyeva adına məktəbin nümayəndələrinə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib.

Rəhman Məmmədov qeyd edib ki, akademik Zərifə xanım Əliyevanın mənalı ömürü, keçdiyi şərəfli həyat yolu nəsillərə mənəviyyat məktəbi, xalqa təmənnasız xidmət nümunəsidir. Görkəmli akademik Azərbaycanda vaxtilə geniş yayılmış traxoma xəstəliyinin qarşısının alınmasında böyük xidmətlər göstərib. İlk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb  və praktik olaraq elm aləmində yeni bir istiqamət olan “peşə oftalmologiyası”nın əsasını qoyaraq, fundamental tədqiqatlar aparıb.    Zərifə xanım Əliyeva Azərbaycanda elə bir oftalmologiya məktəbi yaratmışdır ki, bu məktəb bu gün də öz mövqeyini və əhəmiyyətini itirməyən sahələrdən biri olaraq qalır.

12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 160-dan çox elmi işin, 1 ixtira və 18 səmərələşdirici təklifin müəllifi olan Zərifə xanım Əliyeva zəngin elmi fəaliyyəti ilə həkim-oftalmoloqdan akademikə qədər yüksəlmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada oftalmoloq – alimin yubileyləri geniş qeyd olunub. Onun haqqında sənədli film hazırlanıb, xatirəsi əbədiləşdirilib.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 23 avqust 2005-ci il tarixli Sərəncamı ilə Şahtaxtı kənd tam orta məktəbinə akademik Zərifə xanım Əliyevanın adı verilib. Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində və Naxçıvan Şəhər Poliklinikasında görkəmli akademikin xatirəsinə büst qoyulub,  fəaliyyətini əks etdirən muzey və guşələr yaradılıb.

Sonra çıxış edən Ukrayna Respublikasının İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına məktəbin direktoru Valentina Antonenko qeyd edib ki, Azərbaycan xalqının ümümmili lideri Heydər Əiyevin ömür-gün yoldaşı olmuş akademik Zərifə xanım Əliyevanın adının Ukraynada əbədiləşdirilməsi onlar üçün böyük fəxrdir. Böyük almin tibb elminə verdiyi töhfələr bütün dünyada olduğu kimi Ukraynada da yüksək qiymətləndirilir. O, böyük alimin adını daşıyan məktəb haqqında da danışaraq burada yaradılan  şəraitdən və təhsil imkanlarından da bəhs edib.

Tədbirdə qeyd edilib ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsinə qaldıran akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti ilə tanınan bir alim idi.

Sonda məktəblilərin ifasında akademik Zərifə xanım Əliyevaya hərs olunmuş şeirlər səslənib , slayd nümayiş olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: