Şərur rayonunda  üzümçülüyün keçmiş şöhrəti özünə qaytarılır

209

NUHÇIXAN xəbər verir ki, bu il Şərur rayonunda  107  hektar sahədə üzüm bağları salınıb. Həmin bağların 97  hektarı barverəndir. Ötən ilin payızında 2 hektar sahəyə  40 min üzüm qələmi əkilərək bu sahə daha da genişləndirilib. Becərilən  qələmlərdən bu ilin payızında yeni bağların salınması nəzərdə tutulub.

Suya tələbatı az olan üzüm tənəklərindən yaxşı becərmə nəticəsində götürülən bol məhsuldan  əldə edilən qazanc  bağların artırılmasına münbit şərait yaradır. Çərçiboğan kənd sakini Knyaz Cabbarov da yaxşı  bağ salıb. Bağında süfrə üzümləri becərir. Arpaçay  kənd sakini  İbadulla Nəcəfov da üzümçülüyün inkişafına töhfə verənlərdəndir.               

Üzümçülüyün qədim şöhrətinin özünə qaytarılması üçün   dövlət kəndliyə hər cür qayğı göstərir. Şərur üzümçüləri də bu sahənin inkişafına öz töhfələrini verməyə çalışırlar.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: