Babək rayonu ərazisində  monitorinq aparılıb

234

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Babək rayonu ərazisində  monitorinq aparılıb.                                                     

Rayondakı təsərrüfat əhəmiyyətli və içməli sulardan analizlər götürülüb. Həmçinin içməli su anbarının ətrafında dezinfeksiya işləri görülüb. Nehrəm kəndinə yaxın ərazidə yerləşən məişət  tullantıları poliqonunda müxtəlif ərazilərdən gətirilən tullantılar texnikanın köməyi ilə basdırılıb. Tullantılardan təmizlənən sahələr  Babək rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən   dezinfeksiya edilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən tibbi tullantıların idarə olunması və sanitar qaydaların vəziyyəti barədə maarifləndirici söhbət aparılıb.  

Sonra yol kənarında salınan ağacların vəziyyətinə diqqət yetirilib. Rayon ərazisindən keçən dəmir yolunun ətrafında quru ağacların təmizlənməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.  Eyni zamanda rayonun Cəhri kənd icra nümayəndəliyinin ərazisinə baxış keçirilib.

Monitorinqlər digər rayonlarda da davam etdiriləcək.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: