Araşdırmalar keyfiyyət amilinə xidmət edib

152

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müvafiq işçi qrupu cari ilin ötən dövrü ərzində muxtar respublikada fəaliyyət göstərən müəssisələrdə istehsal edilən məhsulların ixrac olunacaq ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, zərurət olduqda həmin məhsulların partiyalarla sertifikatlaşdırılması, təsərrüfat subyektlərinə məxsus əmtəə nişanlarının məhsul ixrac olunacaq ölkələrdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı vasitəsilə beynəlxalq mühafizəsi üçün tədbirlər icra edib. Bu məqsədlə “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin plastik boru, profil və aksesuarların istehsalı müəssisəsində İSO beynəlxalq standartları əsasında qurulmuş keyfiyyəti, ətraf mühiti və müştəri məmnuniyyətini idarəetmə sistemləri müzakirə olunub, müəssisənin ixrac imkanları barədə araşdırmalar aparılıb.
Keyfiyyət amilinə xidmət edən araşdırmalar digər sahələrdə də davam etdirilib. Belə ki, 2 un dəyirmanında istehsal olunan əla növ un məhsulunun 10 halda laboratoriya analizləri aparılıb və dəmir mineral tozu ilə zənginləşdirildiyi müəyyən edilib.

Yerli istehsal məhsullarının keyfiyyətinə nəzarət məqsədilə 190 qida istehsalı müəssisəsinə aylıq dövrlər üzrə maarifləndirmə xarakterli baxış keçirilib.
Alkoqollu içkilər istehsal edən 4 müəssisədə istehsal olunan arağın, pivənin, likörün və məhsul istehsalında istifadə edilən suyun 29 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğunluğu müəyyənləşdirilib.
26 təsərrüfat subyektində istehsal olunmuş 26 halda beton divar daşının sınaqları zamanı 13 halda beton divar daşının həndəsi ölçülərinin və möhkəmlik həddinin standartın tələblərinə uyğun olduğu, 2 halda beton divar daşının həndəsi ölçülərinin, 1 halda möhkəmlik həddinin və 10 halda isə həm həndəsi ölçülərinin, həm də möhkəmlik həddinin standartın tələblərinə uyğun olmadığı aşkarlanaraq nöqsanların təkrarlanmaması üçün təsərrüfat subyektlərinə xəbərdarlıq edilib.
Bütün bunlarla yanaşı, əhalinin sağlamlığı məsələlərində sanitar-gigiyenik vəziyyət başlıca amil kimi götürülərək 206 bərbərxana və 80 gözəllik salonunda da aylıq dövrlər üzrə maarifləndirmə xarakterli monitorinqlər aparılıb, aşkar olunan çatışmazlıqlar aradan qaldırılıb.
Standartların tələblərinə uyğun fəaliyyətin qurulması məqsədilə 122 təsərrüfat subyektində, o cümlədən 76 istehsal, 36 ictimai iaşə və xidmət sahəsi, 10 bərbərxana və gözəllik salonunda təmir işlərinin aparılması təmin olunub.

Şərq qapısı 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: