Beynəlxalq Muğam Mərkəzində “Mahur-hindi” və “Bayatı-kürd” muğamları səsləndiriləcək

166

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin ikinci mərhələsinin ilk konserti oktyabrın 11-də keçiriləcək.

Mədəniyyət Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, konsert “Mahur-hindi” və “Bayatı-kürd” muğamlarına həsr olunacaq. Respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.

Qeyd edək ki, icrasına bu ilin may ayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti noyabrın 1-də “Orta mahur” və “Rahab” muğamlarının səslənməsi ilə davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: