Şəhriyar Məmmədyarov “Sinkfild” super turnirində növbəti heç-heçəsini edib

162

ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Sinkfild” kuboku uğrunda super turnirinin altıncı turu oynanılıb.

NUHÇIXAN xəbər verir ki, bu turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşıb. Oyun heç-heçə başa çatıb.

Günün digər qarşılaşmalarında ABŞ idmançısı Fabiano Karuana rusiyalı Sergey Karyakinə qalib gəlib. Digər görüşlər isə heç-heçə başa çatıb.

Altı turdan sonra Karuana 4 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 3,5 xal olan Məmmədyarov, Qrişuk, Karlsen və Aronyan ikinci-beşinci yerləri bölüşürlər.

Ümumi mükafat fondu 300 min dollar olan turnir avqustun 27-dək davam edəcək

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: