Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Belarusun müdafiə nazirinin görüşü olub

174

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov avqustun 23-də Minskdə bu ölkənin müdafiə naziri, general-leytenant Andrey Ravkov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, tərəflər regional təhlükəsizlik problemləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib. Söhbət zamanı əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: