Avropa Kosmik Agentliyi (AKA) və ABŞ-ın Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsi (NASA) Marsdan torpaq nümunələri gətirəcək uçus aparatının planetə göndəriləməsinə dair saziş imzalayıblar.
NUHÇIXAN bu barədə TASS-a istinadən xəbər verir.
2020-ci ildə start götürəcək missiya bir ilk olacaq, çünki bundan əvvəlki aparatlar Marsa çatdıqdan sonra orada qalırdı.
Marsda toplanacaq material, ekspertlərin dediklərinə görə, planetin tarixini və orada həyatın olub-olmamasını daha yaxşı oyrənməyə imkan verəcək.