Poroşenko: İlin sonunadək Ukrayna daha 20 növ silah və hərbi texnikanın istehsalını başa çatdıracaq

186

İlin sonunadək Ukrayna daha 20 növ silah və hərbi texnikanın istehsalını, modernləşdirilməsini başa çatdıracaq.

NUHÇIXAN xəbər verir ki, bu fikri Kiyevdə silah və hərbi texnikalar sərgisində çıxışı zamanı Ukrayna Prezidenti Petro Poroşenko söyləyib.

Poroşenko bildirib ki, son beş ildə Ukrayna silahlı qüvvələrinə səkkiz növ zirehli döyüş nəqliyyat vasitəsi, iki növ tank əleyhinə raket sistemi, bu gün isə yeddi növ modernləşdirilmiş təyyarə və helikopter təhvil verilib.

Onun sözlərinə görə, Ukraynanın müdafiə sənayesi beynəlxalq standartlara tam cavab verən silah və hərbi texnika istehsalını və modernləşdirilməsini həyata keçirməyə qadirdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: