“Facebook” 400-dən artıq əlavəni dayandırıb

144

“Cambridge Analytica” şirkəti ətrafında baş verən qalmaqaldan sonra mart ayından etibarən “Facebook” əməkdaşları istifadəçilərin şəxsi məlumatlarının saxlanmasına təhlükə yaranması səbəbindən sosial şəbəkədə 400-dən artıq əlavənin fəaliyyətini dayandırıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, araşdırmalar başlayandan etibarən min əlavə tədqiq olunub və istifadəçilərin təqdim etdikləri məlumatların əlavələrin yaradıcıları tərəfindən və ya hər hansı formada istifadə edilə bilməsi təhlükəsi səbəbindən 400-dən artıq əlavənin fəaliyyətini dayandırılıb.

Bundan başqa, “Facebook”da yeni qaydalar müəyyən edilib. Bu qaydalara əsasən, əgər istifadəçi 90 gün ərzində əlavəyə daxil olmursa, onun haqqında məlumat əldə etmək mümkün olmayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: