Muxtar respublikada ictimai nəqliyyatda sərnişin sıxlığı olmayacaq - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Nəqliyyat İdarəsi və “Naxçıvan Avtovağzal Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Qurban bayramı günlərində muxtar respublikada ictimai nəqliyyatda sərnişin sıxlığının qarşısını almaq üçün xətlərdə marşrutların sayını artırıb.
Rayon mərkəzlərindən və kəndlərdən sərnişin daşıyan avtobus və mikroavtobusların Naxçıvan avtovağzalına vaxtında daxil olması və qrafikə uyğun hərəkət etməsinə nəzarət artırılıb.
Bayram günlərində ölkəmizin paytaxtı Bakı şəhərinə və qardaş Türkiyə Respublikasına işləyən avtobusların sayı da artırılıb.
Novruz Məmmədov