Yapon alimlər qravitasiya dalğaları detektoru üçün güzgü düzəldiblər

238

Yaponiyanın mərkəzi hissəsində yerləşən dağlarda tədqiqat aparan alimlər qravitasiya dalğalarının öyrənilməsi istiqamətində irəliləyişə nail olduqlarını bildiriblər.

NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, Qifu prefekturasında çalışan alimlər qravitasiya dalğaları detektorunun mühüm hissəsi olan güzgünün yaradıldığını bəyan ediblər. KAGRA adlanan bu sistem latın hərfi L şəklində iki üç kilometrlik borunu birləşdirir.

Tokio Universitetinin alimləri tərəfindən yaradılan güzgü sapfirdən (göy yaqut) düzəldilib. Onun diametri 23 santimetr, qalınlığı isə 15 santimetrdir. Universitetin kosmik şüaların tədqiqi institutunun əməkdaşı Eyiçi Hiroşe bildirib ki, alimlər kainatın sirlərini açmaq üçün bu imkandan maksimum istifadə etməyə çalışacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: