Stolüstü tennis üzrə Azərbaycan və İran yığma komandalarının dostluq görüşü keçirilib

170

Bakıda Azərbaycan və İran yığma komandalarının birgə təlim-məşq toplanışı çərçivəsində yeniyetmələr arasında dostluq görüşləri keçirilib.

Stolüstü Tennis Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, oğlanlardan ibarət komanda görüşlərində I yeri İran, II-III yerləri isə Azərbaycan komandaları tutub. Qızların görüşlərində isə I-II yerə Azərbaycan komandaları, III yerə isə İran yığması çıxıb.

Qızların şəxsi yarışlarında həmyerlilərimiz Fatimə Cəfərova 1-ci, Mərziyyə Nurmətova 2-ci, Arzu Aslanova və Mehriban Dadaşova isə 3-cü yerləri qazanıblar.

Oğlanların şəxsi yarışlarında iranlı tennisçi Yasin Esfahani 1-ci, həmyerlimiz Adil Əhmədzadə 2-ci, Erfan Yazdanbaxş və Habibi Muhammedhasan isə 3-cü yerləri tutublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: