Keramika üçün ilk dördölçülü çap texnologiyası hazırlanıb

153

Honq-Konq Universitetinin tədqiqatçılar qrupu çapdan sonra mürəkkəb formalar alan dünyanın ilk dördölçülü keramika çap texnologiyasını hazırlayıb.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, keramika yüksək ərimə temperaturuna malik olduğuna görə onun istehsalı üçün adi lazer çapından istifadə etmək çətinlik törədir.

Üçölçülü keramika hazırlıqlarının formasını dəyişdirmək praktik olaraq qeyri-mümkündür ki, bu da mürəkkəb formalı çap keramikasının istehsalına mane olur. Bu problemlərin aradan qaldırılması üçün Çin alimləri polimer oksid prekursorları və ya polimer, keramika nanohissəciklərinin qatışığını təşkil edən “keramik mürəkkəb” hazırlayıblar. Mürəkkəbdən yaradılmış üçölçülü çap keramika detalları yumşaq alınır və uzadıla bilir. Bu elastik hazırlıqlardan oriqami prinsipi üzrə əmələ gələn mürəkkəb formalar yaratmaq mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: