Naxçıvanda şagirdlər tibbi yoxlamadan keçib

94

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən NUHÇIXAN-a verilən xəbərə görə Kəngərli Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Qıvraq qəsəbə tam orta məktəbində profilaktika məqsədilə  kompleks tibbi yoxlamalar aparıb.

Tibbi müayinələr pediatr, oftalmoloq, stomatoloq, nevropatoloq, pediatr və digər ixtisaslı həkimlərdən ibarət briqada tərəfindən təşkil edilib.  22 nəfər şagirddə müxtəlif  xəstəliklər aşkarlanıb.

Rayondakı Şahtaxtı kənd ambulatoriyasında isə məktəbəqədər və məktəb yaşlı 306 nəfər müayinədən keçirilib. Şahtaxtı kənd tam orta məktəbin 16 nəfər şagirdində anemiya, zəif görmə, böyrək xəstəliklərinə meyllilik  aşkarlanıb. Naxçıvan şəhərində isə cari mövsümün tibbi müayinələri  başa çatıb. 20 tam orta məktəbdə 11 min 956 şagird tibbi müayinədən keçirilib.

Bu və digər məktəblərdə xəstə­liyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunub.

                                                             Hüseyn Əsgərov

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: