“Kitab qoy, kitab-götür” layihəsi gənclərin marağına səbəb olub

237

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki  “Zirvə” Kitab Evində “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsi həyata keçirilir.

Kitab evində ayrılmış guşədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya bədii ədəbiyyatı nümunələri yer alıb. Kitabları oxumaq istəyən hər kəs götürəcəyi kitabın qiymətinə uyğun kitab gətirərək əvəzində yeni kitab götürə bilər. Gətirilən kitablar səliqəli, istifadəyə yararlı vəziyyətdə, həmçinin latın qrafikası ilə çap edilən əsərlər olmalıdır. “Kitablar tozlanmasın” devizi altında keçirilən layihədə yalnız bədii ədəbiyyata aid olan kitablardan istifadə olunmalıdır.

Hər kəs öz kitabxanasında olan maraqlı kitablardan digər oxucuların da faydalanmasını istəyirsə layihəyə dəstək məqsədilə ayrılmış guşəyə kitab hədiyyə  edə bilər. Bununla kitab guşəsini  daha da zənginləşdirmək və gənclərdə mütaliə vərdişlərinin formalaşması işinə hər kəsi cəlb etməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: