Rəcəb Tayyib Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçilib

160

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri seçilib.

NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, avqustun 18-də partiyanın Ankarada keçirilən növbədənkənar VI qurultayında partiya sədrinin seçkisi yekunlaşıb.

Seçkinin yekunlarına əsasən, qeydə alınmış 1457 nümayəndədən 1381-i səsvermədə iştirak edib. Prezident Rəcəb Tayyib Ərdoğanın etibarlı səslərdən 1380-nin (1 səs etibarsız sayılıb) hamısını alaraq yenidən AKP sədri seçildiyi bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: