Yaponiyada Şərqi Asiyanın ən böyük teleskopu istifadəyə verilib

170

Kioto Universitetinin tədqiqatçılar qrupu tərəfindən təkcə Yaponiyada deyil, eyni zamanda bütün Şərqi Asiyada ən böyük teleskop istifadəyə verilib.

NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, Yaponiyanın qərbində, Okayama prefekturasındakı dağın zirvəsində yerləşən “Seimei” teleskopu jurnalistlərə təqdim olunub. Teleskopun diametri 3,8 metrə bərabərdir.

Alimlərin həmin teleskopu yaratmaqda məqsədi beynəlxalq layihələrə yönəldilən ən böyük teleskoplardan fərqli olaraq, müstəqil tədqiqatlar aparmaqdır. Onlar məsrəfləri azaltmaq üçün teleskop üçün orijinal hissələr də düzəldiblər.

Tədqiqatçıların əsasən qara dəliklərin əmələ gəlmə və ən yeni ulduzlarda partlayışların başvermə səbəblərinin araşdırılması ilə məşğul olacaqları bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: