Bəxtiyar Əsgərov: -Naxçıvanda toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir.

2. 825

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov son vaxtlar sosial şəbəkələrdə  Naxçıvan toylarında guya  yeməklərin məhdudlaşdırılması ilə bağlı yayılan xəbərlərə münasibət  açıqlayıb. Bəxtiyar Əsgərov bildirib ki, bu yayılan xəbərlər həqiqəti əks etdirmir.   

“Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında toy mərasimləri ilə bağlı yayılan informasiyalar absurd fikirlərdir, həqiqəti əks etdirmir. Yas mərasimlərində israfçılığın olmamasını insanlarımız özləri də istəyir. Amma toy mərasimlərinin sifarişlə və ya dövlətin qanunları çərçivəsində keçirilməsi fikirləri yalan informasiyalardır. Kim istəyir çadırda, kim istəyir şadlıq sarayında toy mərasimini keçirə bilər. Kim hansı menyunu istəsə gələn qonaqlara təqdim edə bilər. Kimsə öz övladına toy edirsə onun necə keçirilməsinə və masaya hansı yeməklərin qoyulmasına kimsə inzibati yolla müdaxilə edərmi? Bunu uyduranların məqsədi nədir? Toy xalqımızın milli adət-ənənəsidir və min illərin sınağından çıxmış bu cür gözəl adətlərimizə kimsənin kölgə salmağa haqqı yoxdur”, – Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri belə deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: