Naxçıvan Musiqi Kollecinin tələbələri Ağbulaqda istirahət ediblər

261

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi”nin  növbəti qonaqları bu dəfə Naxçıvan  Musiqi Kollecinin  tələbələri olub. Avqustun 14-dən 17-dək  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının iştirakı ilə kollecin fəal tələbələri Ağbulaq istirahət mərkəzində olublar. Tələbələr Ağbulaq kəndini və “Şəfa” bulağını gəziblər. Həmçinin  “Xəmsə”, “Axtar, tap”  və “Oxunması zəruri olan kitablar”  əsasında hazırlanan “Nə? Harada? Nə zaman?”  intellektual oyununda öz biliklərini sınayıb və  müxtəlif idman növləri ilə məşğul olublar. Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqiçiləri konsert proqramı ilə çıxış edib. Gənclər  “Girdab”, “Dahi şəxsiyyət” bədii filmlərinə və aprel döyüşlərindən bəhs edən sənədli filmə baxıblar. İstirahətin sonuncu günü məktəb iştirakçıları arasında fotomüsabiqə keçirilib.

Yay məktəbində fəal iştirak edən, fotomüsabiqədə və keçirilən yarışlarda qalib olan iştirakçılar fəxri fərmanlarla mükafatlandırılıb, Gənclər və İdman Nazirliyinin keçirdiyi tədbirlərdə fəal iştirak edən gənclərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, növbəti “Yay məktəbi” 18-21 avqust 2018-ci il tarixlərdə Naxçıvan Tibb Kollecinin tələbələri üçün təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: