Sarımsaqlı südün faydaları

276

Sarımsaqlı süd xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan ən populyar vasitələrdən biridir.

NUHÇIXAN sizə bu möcüzəli vasitənin faydaları ilə tanış edir:

1. Sarımsaqlı süd uzunsürən öskürək zamanı çox yaxşı kömək edir. Qarışığa 1 çimdik sarıkök də əlavə etsəniz faydası qat-qat artacaq.

2. Oynaq ağrıları və iltihablar zamanı sarımsaqlı süd xəstənin vəziyyətini yüngülləşdirməyə yardım edir.

3. Sarımsaqlı süd damarları təmizləyir, qanda pis xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək və damar xəstəliklərdən qoruyur.

4. Yuxusuzluqdan əziyyət çəkirsinizsə, yatmazdan 1 saat əvvəl 1 stəkan sarımsaqlı süd için.

5. Sarımsaqlı süd ən tanınmış qurdqovucu vasitədir.

6. Bir çox həkim-naturopatlar sarımsaqlı südü işiasın (oturaq sinirinin sıxılması) müalicəsində istifadə edir. Sarımsaqlı süd bu xəstəliyə xas olan ağrıları və iltihabı azaldır.

7. Sarımsaqlı süd qədimdə impotensiyanın dərmanı kimi istifadə olunurdu.

8. Orqanizmi ziyanlı maddələrdən, şlak və toksinlərdən təmizləmək istəyirsinizsə, sarımsaqlı süd için.

9. Sarımsaqlı süd bağırsaqları ziyanlı mikroblardan təmizləyir, mikrofloranı yaxşılaşdırır.

10. Təzyiq probleminiz varsa, sarımsaqlı süd için. Bu sadə vasitə təzyiqi tənzimləməyə kömək edir.

Sarımsaqlı südün resepti:

1 stəkan süd üçün 3 diş sarımsaq götürülür. Sarımsaq sarımsağəzənlə əzilir, üzərinə isti süd tökülür, qaynara düşənə qədər qızıdırılır (qaynatmaq olmaz). Süd tam soyuyanda onu süzmək lazımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: