NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun müvafiq təşkilatları və rayon mərkəzi xəstəxanasının həkim briqadası yaylaqlarda məskunlaşan heyvandarlara hərtərəfli köməkliklər göstərirlər. Onlar bu dəfə Şahbuz rayonu ərazisindəki Qanlıgöl yaylağında olub, burada Şərurlu fermerlərə lazimi köməkliklər göstəriblər. Belə ki, rayon mərkəzi xəstəxanasının həkimləri yaylaqda heyvandarlıqla məşğul olan fermerləri və onların ailə üzvlərini müayinə ediblər.
Aşkar olunan xəstəliklərin müalicəsi üçün dərmanlar təyin olunub. Yaylaq sakinlərinə yay aylarında yoluxa bilən xəstəliklər, qida zəhərlənmələri, həşərat və ilan sançmaları zamanı göstərilən ilk tibbi yardımlar barədə də məlumatlar verilib. Onlara bir sıra tibbi yardım ləvazimatları, mədə-bağırsaq və başqa xəstəliklər zamanı istifadə olunan dərmanlar və arğıkəsicilər paylanıb. Həmçinin obalarda dezinfeksiya işləri də aparılıb.
Oba sakinləri üçün ərzaq və lazım olan digər məhsulların satışı təşkil olunub.
Arzu Sadiqov