NUHÇIXAN xəbər verir ki, İrəvan Apellyasiya Məhkəməsinin Robert Koçaryanı azadlığa buraxması ölkədə etiraz dalğasını gücləndirib. Siravi vətəndaşlar sabiq prezindentin toxunulmazlığının ləğvini tələb edirlər.
Avqustun 14-ü İrəvanda siravi vətəndaşlar “Robert – qatil” çağırışları ilə “Erebuni Plaza” otelinin konfranslar zalına daxil olaraq, Koçaryanın planlaşdırdığı mətbuat konfransının keçirilməsinə imkan verməyiblər. Bazar ertəsi azadlığa buraxılan sabiq prezident jurnalistlərə öz mövqeyini çatdırmaq üçün mətbuat konfransı təşkil edib. Koçaryan ona qarşı irəli sürülən “zorakılıqla konstitusiya quruluşunu dəyişmək” ittihamı qəbul etmədiyini deyir, və Ermənistan yeni hökuməti tərəfindən siyasi təqibə məruz qaldığını bildirib. Aksiya iştirakçıları mətbuat konfransının təyin edildiyi vaxtdan bir saat tez otelin yanına toplaşıblar. Bunun nəticəsində Robert Koçaryan konfrans zalına daxil olmağa cəhd etmədən ərazidən uzaqlaşmağa məcbur olub. Onun yerinə onlarla nümayişçi “ömürlük həbs” tələbləri ilə konfrans zalına daxil olublar. Aksiyanın “Privet, Rob” adlandırılması, fəalların fikrincə, Koçaryanın prezident dövründəki hadisələrdən birini xatırlatmaqdır. 2001-ci ildə Robert Koçaryan bir qrup qonaqları ilə İrəvanınn caz musiqisi ifa olunan restoranlarından birində olarkən, onun keçmiş tələbə yoldaşı uzaqdan ona “Privet, Rob” deyə salamlayıb. Prezidentin mühafizəçiləri həmin Poğos Poğosyan adlı şəxsi vəhşicəsinə döyüblər. Poğosyan həmin hadisədən sonra dünyasını dəyişib. Aksiya iştirakçıları belə bir şəxsin yerinin həbsxana olduğunu bildirilər. Köçəryanın azadlığa buraxılmasına qarşı nümayişlər Ermənistan Baş Prokurorluğu qarşısında da davam edib. Aksiyaya 1 mart 2008-ci il terroru zamanı həlak olanların qohumları qoşularaq prokurorluqdan tələb edirlər ki, Koçaryanın həbsi üçün Kassasiya Məhkəməsinə şikayət təqdim olunsun. Fəallar həmçinin Koçaryanın həbs qətimkan tədbirini dəyişmək qərarı verən hakim Aleksandr Azaryanın məsuliyyətə cəlb olunması üçün imzatoplama kampaniyasına başlayıblar. Bununla yanaşı, hakimin səlahiyyətlərinin ləğv edilməsi tələb olunur. Aksiya iştirakçıları Aleksandr Azaryanın Koçaryanın administrasiyasında müxtəlif vəzifələrdə işlədiyini qeyd edir və onun sabiq prezidentə satıldığını deyirlər. Hakim qərarı Ermənistanda qeyri-sabit vəziyyəti pik həddə çatdırıb. Aksiya fəallarından David Petrosyan deyib ki, Ermənistanda artıq inqilab baş verib və əks-inqilaba yer yoxdur. Hüquq müdafiəçisi Vardges Qaspari isə mətbuat konfransının keçirildiyi zala 2008-ci ilin 1 mart terroru zamanı ölənlərin şəkilləri ilə daxil olub. Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan mətbuat konfransının dağıdılması ilə bağlı bəyanat yayaraq bildirib ki, baş verən insident yeni hakimiyyətin dözümsüzlüyünün nümayişidir. Ermənistan Milli Konqresi də sabiq prezidentin azadlığa buraxılması ilə bağlı bəyənat yayıb. Bildirilir ki, Apellyasiya Məhkəməsinin qərarı dövlətə və xalqa xəyanətdir. Köçəryan Ermənistanda uzun müddət hakimiyyətdə olan quldur dəstəsinin başçılarındandır. Onun şəxsi işində hər cür cinayət hadisəsi var. Belə birisinin yeri isə azadlıq yox, həbsxanadır. Məsləyə baş nazir də münasibət bildirib. Nikol Paşinyan qeyd edib ki, dövlətə və xalqa qarşı həyata keçirilən heç bir cinayət hadisəsi cəzasız qalmayacaq. Köçəryan canını belə asanlıqla qurtara bilməz. Ermənistan mətbuatı yazır ki, əslində, Paşiyan Robert Koçayranın şəxsində yenidən hakimiyyəti ələ keçirməsindən qorxur. Elə haqqında cinayət işi qaldırılmasına baxmayaraq Koçaryanın İrəvana dönüb məhkəmə qarşısında oturması onun hakimiyyətə iddialı olmasından xəbər verir. Parlamentdə çoxsaylı deputata malik 2 blok – “Sarukyan bloku” və “daşnaklar” Robert Koçaryana birbaşa bağlı qüvvələr sayılır və onun yeni baş nazir kimi parlamentə girməsində bu qüvvələr müəyyən rol oynaya bilər. Paşinyan isə ümid edirdi ki, Robert Koçaryan İrəvana gəlməyəcək – keçmiş müdafiə naziri Mikael Arutunyan kimi gizlənəcək. Amma tərsinə oldu və Koçaryan İrəvana gəldi və onu həbs etməkdən başqa yol qalmadı. Qanunla isə Paşiyanın buna icazəsi yox idi. Amma onu hakimiyyətə gətirən kütlə qisas tələb edirdi. Siyasi ekspertlər hesab edirlər ki, 2019-cu ilin aprel ayında Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində Nikol Paşiyanın əsas rəqibi məhz Robert Koçaryan olacaq. Onunla rəqabət aparmaq üçün Nikol Paşiyanın yazda baş vermiş “məxməri inqilab” günlərində olduğu kimi etirazçı gəncliyə ümid etməkdən başqa yolu qalmır.