Vanuatuda vulkanın fəallaşması ilə əlaqədar on minlərlə sakin təxliyə olunub

150

Vanuatu dövlətinə məxsus Oba adasında Monaro vulkanının fəallaşması ilə əlaqədar on minlərə sakin təxliyə olunub.

NUHÇIXAN “Radio New Zealand”a istinadla xəbər verir ki, bu barədə Vanuatunun iqlim dəyişmələri naziri məlumat yayıb.

Nazirin bildirdiyinə görə, Oba adasından 3000 nəfər Santo adasına, 2600 nəfər isə Maevo adasına təxliyə olunub. Digər sakinlər özləri adanı tərk ediblər.

Sakinlər hələ 2017-ci ilin sentyabrında, Monaro vulkanı ardıcıl püskürməyə başlayarkən müvəqqəti təxliyə olunublar. Cari ilin martından isə hakimiyyət orqanları Oba sakinlərini yaşayış yerlərini tamamilə tərk etməyə çağıraraq, onlara qonşuluqdakı adalara köçməyi təklif edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: