Koreya səfiri Naxçıvan daimi nümayəndəliyində olub

242

NUHÇIXAN xəbər verir ki, Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri  Kim Çang-gyu Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov ilə görüşüb. Görüşdə Koreya Respublikası və Naxçıvan Muxtar Respublikası arasında iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi yolları, o cümlədən iki ölkə arasında mövcud əməkdaşlığa muxtar respublikanın verdiyi töhfələr müzakirə edilib. Səfir Kim Çang-gyunu görüşdə 2-ci Katib Çoi Kvan Yong müşayiət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: