“Qarabağ” Çempionlar Liqasında cavab oyununa çıxacaq

193

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq. NUHÇIXAN xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Belarusun BATE komandası ilə üz-üzə gələcək.

“Borisov Arena”da baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasındakı ilk matç Belarus klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin aparıcı futbolçularında hesab olunan Dani Kintana zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Qarabağ” – BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova) – “Valür” (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: