Babək rayonunda tədqiqat işləri aparılır

254

NUHÇIXAN xəbər verir ki, Azərbaycan-Fransa müştərək ekspedisiyası arxeoloji tədqiqatlara başlayıb. Tədqiqat Babək rayonunun Kültəpə kəndindəki I Kültəpə və Uçan ağıl ərazisindəki qədim yaşayış yerlərində  aparılır.

Aparılan arxeoloji tədqiqatların əsas məqsədi qədim yaşayış yerlərində mövcud olan  Eneolit mədəniyyətləri arasındakı boşluğu öyrənməklə bu mədəniyyətlərin inkişaf ardıcıllığını və  xüsusiyyətlərini  dəqiqləşdirməkdən ibarətdir. İlk olaraq arxeoloji ekspedisiya Culfa, Babək və Ordubad rayonlarında kəşfiyyat xarakterli araşdırmalara başlayıb. Arxeoloqlar eyni zamanda I Kültəpə qədim yaşayış yerində insanların erkən məskunlaşma tarixini də müəyyənləşdirməyi nəzərdə tutub.

I Kültəpədə aparılan tədqiqatlar nəticəsində qədim yaşayış yerindən dördkünc binaların qalıqları və müxtəlif formalı  keramika nümunələri, neolit dövrünü əhatə edən daş və sümük alətlər  aşkar olunub. Burada tapılan nümunələrə əsaslanan tədqiqatçılar I Kültəpənin Cənubi Qafqazın ən qədim neolit abidəsi olduğunu qeyd edirlər.

                                                                 Vaqif Ağalarov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: