Sağlamlıq və emosiyalar

161

Bizim hər bir emosiyamız beynin müəyyən sistemini fəallaşdırır, hərəkəti dəyişməyə, yeni vəziyyətə uyğunlaşmağa yönəldir. Məsələn, qorxu hissi bizdə “qaçmaq” fikrini oyadır: qanda adrenalin ayrılır, ürək əzələsinin, tənəffüs sisteminin işi güclənir, arterial təzyiq yüksəlir, nəbzin vurması sürətlənir, maddələr mübadiləsi orqanlarının işi zəifləyir.

NUHÇIXAN Rusiyanın tibb sahəsində ixtisaslaşmış KİV-lərinə istinadla xəbər verir ki, Çarlz Darvin təkamül müstəvisində emosiyaları səciyyələndirərkən onların instinkt davranış formaları ilə əlaqəsindən danışıb. Bizim bədənimiz istənilən emosiyaya cavab verir. Deməli, daxilən keçirdiyimiz halların səhhətimizə müsbət və ya mənfi təsirində təəccüblü heç nə yoxdur.

Emosiyaları boğmaq sağlamlığa təsir edə bilər. İnsanın öz emosiyasını boğması böyük qüvvə sərf edərək iri topu su altında saxlamağa bənzəyir. Biz emosiyalarımızı gizlətmək məqsədilə həddən ziyadə səy göstəririk, buna baxmayaraq emosiyalar “azadlığa” buraxılır, özü də müxtəlif xəstəliklərin əhatəsində.

Bizim bədənimiz yaxınlaşan təhlükə barədə daim siqnal verir. Məsələn, kürəyinizdə, sinənizdə ağrılar, başağrısı yaranıbsa, iştahanız pozulubsa, sizdə qəbzlik, ishal yaranıbsa, təngnəfəslik, ağızda quruluq hiss olunursa, yuxu pozulubsa, deməli psixi sağlamlığa və emosiyalara diqqət yetirməyin vaxtı çatıbdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: