Türkiyə Mərkəzi Bankı milli valyuta ilə bağlı qərarını açıqlayıb

186

Türkiyənin milli valyutası olan lirənin məzənnəsi ABŞ dolları və avro ilə müqayisədə sürətlə aşağı düşür.

NUHÇIXAN xəbər verir ki, bununla əlaqədar Türkiyə Mərkəzi Bankı qəbul etdiyi qərarı açıqlayıb.

Bildirilir ki, ölkədə fəaliyyət göstərən banklara lirə və xarici valyuta ilə yardım göstərmək, bazarı pul vahidləri ilə təmin etmək, süni məzənnə artımının qarşısını almaq və s tapşırılıb.

Hazırda Türkiyənin Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 6.89 lirəyə dəyişdirilir. Qara bazarda isə bir dollar təxminən 7 lirədən baha alınır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: