Aşura mərasimi dövründə Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib

249

Gəncə hadisələrinin iştirakçısı, 1989-cu il təvəllüdlü Rəhimov Muraz Çapay oğlunun saxlanılması ilə əlaqədar avqustun 10-da Sumqayıtda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib.

Hüquq mühafizə orqanlarından NUHÇIXAN-a bildiriblər ki, əməliyyat zamanı M.Rəhimov silahlı müqavimət göstərdiyindən məhv edilib.

Radikal dini cərəyanlara meylli Muraz Rəhimov 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsi öncəsində paytaxtda partlayış törətmək niyyətində olub. Həmin dövrdə onun yaşadığı mənzildən qumbara aşkarlandığına görə o, məhkum edilib.

Muraz Rəhimov cəzaçəkmə müəssisəsində olarkən qadağan edilən əşya saxladığına görə yenidən cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunub. O, cəzaçəkmə müəssisəsində olarkən “Müsəlman Birliyi Hərəkatı”na qoşularaq daha aqressiv mövqe göstərməyə başlayıb.

İyulun 10-da Muraz Rəhimov Gəncədə törədilmiş iğtişaşlarda iştirak etdikdən sonra həbs olunmamaq üçün paytaxta gəlib, müxtəlif ünvanlarda kirayədə yaşayaraq gizlənib.

Muraz Rəhimovun 2018-ci il Aşura mərasimi dövründə Gəncənin imamını və polis əməkdaşlarını öldürməyi planlaşdırdığı müəyyən edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: