NASA Günəş atmosferində ilk dəfə tədqiqat aparacaq zondun fəzaya buraxılmasını təxirə salıb

181

ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) ilk dəfə Günəş atmosferinə daxil olacaq və tədqiqat aparacaq xüsusi cihazlarla təchiz edilmiş zondun fəzaya göndərilməsini təxirə salıb.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, amerikalı fizik, Günəş küləyinin tədqiqatı sahəsində pionerlərdən biri olan Yucin Parkerin adını daşıyan “Parker Solar Probe” zondu fəzaya avqustun 11-də buraxılmalı idi. Birgünlük gecikmənin səbəbi isə zondu Günəş atmosferinə çatdıracaq “Delta IV Heavy” raket daşıyıcısının yanacaq çənində helium təzyiqi ilə bağlı problemin yaranması olub.

İlk dəfə Günəşə 6,4 milyon kilometr məsafəyədək yaxınlaşacaq və onun ətrafında elliptik orbit üzrə 24 dövrə vuracaq “Parker Solar Probe” zondu fəzaya göndərildikdən üç ay sonra Günəş atmosferinə daxil olacaq və dekabrın əvvəlindən etibarən Yerə məlumatlar göndərəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: