Avstraliyalı alimlər xərçəng hüceyrələrinin digər sağlam hüceyrələrə qovuşaraq çoxalmasının qarşısını alan yeni dərman icad ediblər.
NUHÇIXAN-ın məlumatına görə, yeni dərman xərçəng hüceyrələrini “əbədi yuxuya qərq edir”. Ancaq alimlər qeyd ediblər ki, yeni dərmanı heyvanlar üzərində artıq sınaqdan keçiriblər. İnsanlar üzərində təcrübə aparmaq üçün hələ tezdir.
Dərman siçanlarda qan xərçəngi və qara ciyər xərçənginin inkişafını dayandırıb. Alimlər qeyd edirlər ki, ənənəvi xərçəng müalicəsi DNT-ni zədələyir. Eyni zamanda sağlam hüceyrələrə də ziyan vurur. Kimyəvi terapiyanın da əks təsirləri çoxdur. Yeni dərmanlar isə xərçəngin yayılmasını təmin edən spesifik proteinlərin istehsalını dayandırır.