Türkiyənin Ali Seçki Komissiyası (ASK) iyunun 24-də ölkədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı təqvimi açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, ölkədə keçiriləcək 27-ci çağırış parlament seçkilərinə aprelin 30-da start veriləcək. Siyasi partiyalar prezidentliyə namizədlərini mayın 1-dən 5-dək ASK-ya təqdim edə biləcəklər. Mayın 4-dən 9-dək prezidentliyə namizədlər üçün 100 min imza toplanıb təhvil verilməlidir. Ali Seçki Komissiyası təbliğat-təşviqat kampaniyası, eləcə də xaricdəki səsvermə prosesi ilə bağlı qrafiki də müəyyən edib.