DSX: Gəncə hadisələrinin fəal iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarılan şəxs saxlanılıb

188

Gəncə hadisələrinin fəal iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı, 1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu avqustun 1-də “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb. O, aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib.

Bu barədə NUHÇIXAN-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər.

DSX tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması sahəsində tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş şəxslərin ölkəyə gələrkən və ölkədən gedərkən dövlət sərhədindən buraxılış məntəqələrində aşkarlanması mühüm əhəmiyyət daşıyır. Təkcə 2018-ci il ərzində bu kateqoriyadan olan 3811 nəfər şəxs dövlət sərhədində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: