Muxtar respublikada fövqəladə hallara hazırlıq diqqət mərkəzindədir

219

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və onun struktur qurumları bu ilin ötən 6 ayı ərzində muxtar respublikada mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, tikintidə, sənayedə və dağ-mədən sahələrində təhlükəsizliyin təmin edilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələri icra edib.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, ötən dövrdə istehsalat müəssisələrində texniki təhlükəsizliyin təmin olunması, hadisələrin vaxtında qarşısının alınması məqsədilə 4 müəssisədə 14 təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılıb, 6 təhlükə potensiallı obyektdə əməli yoxlama keçirilib, 21 təhlükə potensiallı obyektdə mühafizə işinin təşkili vəziyyəti yoxlanılıb. Dövlət reyestrində qeydiyyatdan keçmiş 2 təhlükə potensiallı obyekt, 72 qurğu və avadanlıq təkrar qeydiyyata alınıb. İdarə və təşkilatlara məxsus 36 texnoloji nəqliyyat vasitəsi texniki baxışdan keçirilib, mülki müdafiə işinin təşkili ilə bağlı məşğələlərdə 1133 nəfər iştirak edib. Muxtar respublikada yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 285 obyektdə müayinələr, 90 obyektdə maarifləndirici söhbətlər aparılıb. İntensiv biçin aparılan sahələrdə yanğınsöndürmə avtomobillərinin növbətçiliyi, magistral yol kənarlarında isə motoxilasedicilərin patrul xidməti təşkil olunub, 64 obyekt yanğından icbari sığortalanıb.

Muxtar respublika ərazisində tikinti və yenidənqurma işləri aparılan 38 obyektə baxış keçirilib, Ağbulaq Xizək Mərkəzinin tikintisi ilə bağlı müəyyən olunmuş ərazidə kanat yolu üçün dirəklər və liftlərin tikintisi planlaşdırılan yerlərdə, Naxçıvan Beynəlxalq Hava Limanının ərazisində, Şahbuz şəhərində aviakassa və yaşayış binasının tikintisi ilə bağlı müəyyən olunmuş sahədə qrunt nümunələri götürülərək laboratoriya sınaqları aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: