Üçölçülü animasiya qar uçqununun daxilində baş verənləri göstərir - VİDEO

150

Tədqiqatçılar ilk dəfə qar uçqununun daxilində baş verən prosesləri göstərən üçölçülü animasiya yaradıblar.

NUHÇIXAN www.naukatv.ru resursuna istinadən yazır ki, İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin tədqiqatçısı Yohan Qaumun fikrincə, rəqəmli modelləşdirmə dağ xilasetmə komandalarının işinə, eləcə də qar uçqunun davranışının proqnozlaşdırılmasına əhəmiyyətli təsir göstərə bilər. Mütəxəssislər indiyədək uçqunun axını zamanı baş verən prosessləri yenidən bərpa etmək imkanına malik olmayıblar, çünki qar uçqunu saysız-hesabsız parametrlər və fiziki dəyişənlərə malik mürəkkəb hadisədir ki, bunlar da uçqun baş verəndən bitənədək öz təsirini göstərir. Yeni iş Y.Qaum riyazi innovasiyalarını və elmi tədqiqatlarını özündə birləşdirir. Riyaziyyatçılar məktəb tədqiqatçısının bilikləri və səhra müşahidələri üzrə məlumatlar sayəsində qarın üçölçülü modelləşdirilməsinin dəqiqiliyini artırmağa nail olublar.

Tədqiqatçılar materialların daxilində baş verən hərəkətlərin analizi üçün istifadə edilən “Material Point Method” (MPM) kimi tanınan metoddan yararlanıblar. Belə yanaşma indiyədək uçqunların enişinin öyrənilməsi zamanı tətbiq edilməyib. Texnologiya təbii hadisənin proqnozlaşdırılmasına başqa tərəfdən baxmağa imkan verir ki, bu da xilasedicilərin işini daha effektiv edəcək. Mütəxəssislər qarın özünü necə aparmasını proqnozlaşdıra və qar uçqunun dəqiq ölçüsünü, enmə məsafəsini və qar kütləsinin təzyiq gücünü qiymətləndirə biləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: